Rüstəmova Xalidə Ədalət qızı

1981 –ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirmişdir. 1994-cü ildən 290 saylı məktəbdə ingilis dili müəllimi, Suraxanı rayon RTŞ-nin ştatdankənar metodistidir. 1996-ci ildən Az.ETA(Azerbaijan English Teachers’ Association) Az. Ing. dilli müəllimləri birliyinin üzvüdür. Bir sıra Beynəlxalq və ümumittifaq konfransların, seminarların istirakçisı olmuş, respublikamızı layiqincə təmsil edərək çoxlu sayda sertifikatlara və diplomlara layiq görül müşdür. ”Methodology”, ”Hornby Trust” , ”Step by Step” , “RWCT” proyektləri üzrə Təlimci Müəllim və “Müəllimlər Müəllimi”adını qazanmışdır. O eyni zamanda beynəlxalq proqramların, xüsusi ilə ABŞ dövlətinin maaliyyələşdirdiyi 2003 cü ildə Təhsil və Dillər öyrənilməsi üzrə Amerika əməkdaşlıq Şurası (ACCELS) və ABS Dövlət Departamentinin Təhsil və Mədəniyyət üzrə Bürosunun təşkil etdiyi “TEA”, “PIE” proqramlari üzrə finalist olmuş, 2 aylıq Amerikaya təcrübə mübadiləsinə göndərilmişdir. Dəfələrlə “Ilin ən yaxşı müəllimi”, “Ilin ən yaxşə fənn kabinəsi” müsabiqəsində qalib olaraq, məktəbin adını Azərbaycanın bütün bölgələrində tanıtmışdır.Göstərdiyi xidmətlərə görə məktəb rəhbərliyi ,RTŞ- nin və Rayon Icra Hakimiyyətinin təşəkürünə, pul mükafatına və fəxri fərmanlarına layiq görülüb.Xalidə müəllimə siniflər üzrə bir neçə test kitabcalarının və “Mektəblinin Lüğəti” mü&3601lliflərindəndir. Çoxillik pedoqoji fəaliyyətinə ,sağlam kadrların yetişdirilməsindəki əməyinə görə onun adı “Azərbaycanın taninmış maarifçiləri” ensklopediyasına daxil edilmişdir. Hal-hazırda Project Harmony təşkilatının 290 saylı məktəbdə Project kordinatoru vəzifəsində işləyir.

***

Qurbanova Asya Ağalar qızı

1984-cü ildə Azərbaycan Neft Akademiyasını bitirmişdir. 1994-cü ildən 290 saylı orta məktəbdə informatika müəllimi vəzifəsində çalışır.Asya müəllimə informatika dərslərini müasir tələblərə uyğun səviyyədə keçir.O müəllimlərin və şagirdlərin dərin hörmətini qazanmışdır. Asya müəlliməsagirdlərdə müxtəlif programlarla işləməyə maraq oyadır, onlari internetdən maraqlı ,aktual, elmi yeniliklərlə tanış edir ,onların dünyagörşlərinin lazımı səviyyədə olması üçün səy və bacarığını əsirgəmir. Hal-hazırda “Project Harmony”-nin 290 saylı məktəbdəki Internet Mərkəzində texniki koordinator işləyir. Bu da ona fürsət verir ki, şagirdlərlə daha səmimi,diqqətli olsun, işlədiyi sahə üzrə gənc mütəxəssislərin yeni-yeni qabliyyətlərini aşkara çıxarsın. əldə etdiyi nailiyyətlərə görə dəfələrlə məktəbin rəhbərliyi tərəfindən qiymətləndirilərək “təşəkkür”almışdır

 


Əzimov Allahverən Vəli oğlu

1972-ci ildə APU- nun dil-ədəbiyyat fakultəsini bitirmişdir.Əmək fəaliyyətinə orta məktəbdə başlamışdır.1982-ci ildən bu gunə kimi Suraxanı rayonu məktəblərində direktor, tə’lim-tərbiyyə işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. Hal-hazırda 290 saylı məktəbin t’əlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyətini davam etdirir.Attestasiyanın nəticələrinə görə “Metodist müəllim ”, “1-ci kateqoriyalı müəllim” adlarına layiq gorölmüşdür.

 

Məmmədova Zemfira Cahangir qızı .

1985-ci ildə BDU-nun kimya fakültəsini bitirib. Məktəbin tə’lim tərbiyə işləri üzrə direktor müavinidir. Uşaqlara olan qayğı və məhəbbət onda şagirdlərin sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi üçün əlavə vasitələrin hazırlamasına maraq hisslərini artırmışdır. Zemfira müəllimə “Ibtidai siniflərdə sagirdl&3601rin asudə vaxtını necə təşkil edilməsi”adlı metodik vəsaitin müəllifidir.O, gənc nəslin sərbəst rəy söyləmə xüsusiyyətlərini inkişaf etdirmək m?qs?di il? yeni-yeni metodiki tövsiyyələr üzərində işləyi

 

Quliyeva Svetlana Mayıl qızı

1977-ci ildə BDU-nun mexanika-riyaziyyat fakultəsini bitirib. 30 ilə yaxin pedoqoji staji var.Yüzlürlə məzunu olmuş , şagirdlşri məktəb, rayon riyaziyyat olimpiadalarının iştirakçıları və qalibləri olmuşdur. O, həmçinin “Ilin ən yaxşı müəllimi”, “Pedoqoji mühazirələtin” qalibi olmuşdur.Tə’lim-tərbiyə işlərində əldə etdiyi nəaliyyətlərə və ictimai işlərdə fəal iştrakına görə məktəb müdiriyyəti tərəfindən təltif edilmişdir. Hal- hazırda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinidir.

 

 

Mədətova Amaliya Müseyib qızı.

1973- cü ildə BDU- nun filologiya fakültəsini bitirmışdir.
1994-cü ildən 290 saylı məktəbdə fəaliyyət gəstərir. Dərs dediyi şagirdlər dəfələrlə rayon olimpiadalarının qalibi olmuş, inşa yazı müsabiqəsində 1 ci yərə layiq görülmüşlər.”Ilin ən yaxşı müəllimi”və “Pedoqoji muhazirələr” müsabiqəsinin qalibidir.1998-ci ildə“Təhsilin humanistləşdirilməsi baxımından tə’lim-tərbiyyə prossesinin diferensiallaşdırması və fərdiləsdirilməsi ili” çərcivəsində keçirilmis şəhər pedoqoji mühazirələrində xüsusilə fərqlənmiş, Bakı şəhər Baş Təhsil idarəsi tərəfindən 2-ci dərəcəli diploma layiq görülmüşdür.

 

 

Məmmədova Ruhəngiz Zahid qızı

1982- ci ildə Azərbaycan Pedoqoji Xarici Dillər Universitetini fərqlənmə diplomu ilə qurtarışmdır.Yetirmələri dəfələrlə olimpiada istirakçisı olub 1-ci 2-ci yerlərə layiq görülüb, hal-hazırda Amerika , Danimarka , Almaniya kimi ölkələrdə mütəxəsis kimi işləyirlər.
2002 –ci ildə Təhsil və Dillər öyrənilməsi üzrə Amerika əməkdaşlıq Surası (ACCELS) və ABS Dövlət Departamentinin Təhsil və Mədəniyyət üzrə Bürosunun təskil etdiyi TEA proqramının 2 mərhələ qalibi olmuşdur. Hal- hazırda fəaliyyətini 290 saylı orta məktəbdə davam etdirməkdədir.

 

Məmmədov Yusif Millət oglu

1979-cu ildə APU-nun tarix fakultəsinin mə’zunu olmuşdur. Öz ixtisası üzrə işləməklə arzularini reallasdirmisdir.Taxixçi olmagina baxmayaraq s’er- poeziya vurgunudur.Kiçik yaslarindan bədii yaradicilga meyl göstərmis, s’erləri ilə radio, televiziya verilislərində çixislar etmisdir.Onlarca elmi bədii məqalələrlə mətbuatda çixis etmisdir.”Qərib duygularin məngənəsində” və “Mərzili-o kənd bizim kəndimizdir....” adli iki kitabin müəllifidir. Bir neçə poemasi nəsr edilmisdir.Sair-müellimin yaradiciligindan bir nümünəni-“Qisalibdi” s’erindən bir parçani sizə təqdim etməyi ozümüzə borc bilirik.

“Ayaq gedib əl gətirir”-
Əlim yaman qısalıbdı.
Sözüm kecmir dost yanında-
Dilim yaman qısalıbdı.
Ürək açdım “duyan”kəsə
Düzlərimi yozdu “pisə”
Səsim daha enib p?s?-
Zilim yaman qısalıbdır.
El dərdini fələk yazdi
Dumanlarda Yusif azdı-
Yaşamağa ümüd azdı-
Ilim......yaman qısalıdı

 

Səmədova Florida Səlimbəy qızı
1978-ci ildə APU-nin kimya fakultəsini bitirmişdir. Pedoqoji fəaliyyətinə Xaçmaz rayonu Yalama kənd orta məktəbində başlamışdır.1994-cü ildən 290 saylı məktəbdə kimya müəllimi işləyir.Işlədiyi dövürdə özünü istedadlı, bacarıqlı ,daima öz üzərində işləyən, öz fənnini sevən bir müəllim kimi tanitmışdır. Sagirdləri olimpiada qalibləridir. Müəllim və sagird kollektivinin hörmətini qazanmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Используются технологии uCoz